Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toy yasa döndü - Fotosessiyada ailə faciəsi - FOTO

Toy yasa döndü - Fotosessiyada ailə faciəsi - FOTO

Tarix: 30 Avqust 2022 16:28

Çində toy fotosessiyasında faciə yaşanıb. Belə ki, bəyi ildırım vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə ölkənin Yunnan əyalətinin yerli sakinlər arasında məşhur mənzərəli ərazisində baş verib.

Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, bəyi xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İldırım vuran zaman onun yanında olan insanlar xəsarət almayıb.

Fotosessiyanı izləyən turist hər şeyin çox tez baş verdiyini, toya gələn qonaqların əvvəlcə bəyin yerdə huşsuz vəziyyətdə yatdığının fərqinə belə varmadıqlarını bildirib.

Milli.Az


Etiketlər:  Toy yasa döndü Fotosessiyada ailə faciəsi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ