Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''AtaBank'' ilə ticarətinizi onlayn etmək zamanıdır

''AtaBank'' ilə ticarətinizi onlayn etmək zamanıdır

Tarix: 27 Sentyabr 2019 14:48

Bakı. Trend:

Elektron bizneslə məşğul olmaq və fəaliyyətini müasir dövrə uyğunlaşdırmaq istəyən sahibkarlara “AtaBank” ASC yeni e-commerce xidmətini təqdim edir. Elektron kommersiya xidməti vasitəsi ilə müştəri dünyanın istənilən nöqtəsindən asanlıqla internet səhifəyə daxil olaraq almaq istədiyi məhsulu sifariş verir və ödənişini çox rahat və təhlükəsiz şəkildə onlayn rejimdə həyata keçirir.

Onlayn ticarət sahibləri e-commerce xidmətinə qoşularaq internet mağazada və ya mobil əlavədə nağdsız ödənişləri rahat qəbul edə biləcəklər. Bir sözlə bu xidmət onlar üçün virtual POS-terminal rolunu oynayacaq.

Həmçinin bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov vurğuladı ki, dünyada rəqəmsallaşma tendensiyasının artdığı dövrdə ticarətin ənənəvi üsullardan əlavə informasiya texnologiyaları üzərindən də qurulması sahibkarlar üçün yeni müştərilər cəlb edir və AtaBank bu istiqamətdə dəstək göstərməyə daim hazırdı.

Pulsuz qoşulma, sərfəli əməliyyat faizləri, pulsuz AtaNet xidməti, yeni müştərilərin cəlb edilməsi kimi üstünlüklər verən e-commerce xidməti haqda daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AtaBank ilə ticarətinizi onlayn etmək zamanıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ