Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 08:34
Bakının Qaradağ rayonunda bir nəfəri qatar vuraraq komaya salıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.
1960-cı il təvəllüdlü Nəbiyeva Məhbubə Musaxan qızı dəmiryol xəttindən keçərkən onu yük qatarı vurub. Qadın aldığı xəsarətlərdən komaya düşüb. O Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt üzrə Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.