Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bəzi yollarda sıxlıq var: 82 avtobus gecikir - SİYAHI

Bakıda bəzi yollarda sıxlıq var: 82 avtobus gecikir - SİYAHI

Tarix: 1 Sentyabr 2022 09:16

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 31 müntəzəm marşrut xətti üzrə 82 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

1. Bakı - Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 11-14 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şosesi - Azadlıq metro stansiyası istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.

3. Ziya Bünyadov prospekti 20 yanvar dairəsi istiqamətində 9, 7A, 7B, 67, 85, 199, 211 nömrəli marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

4. Zabrat Şosesi - Maştağa istiqamətində - Bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqəyə gecikmə müşahidə olunur.

Milli.Az


Etiketlər:  Bakıda bəzi yollarda sıxlıq avtobus gecikir SİYAHI


RƏYLƏR