Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göyçay Uşaq Musiqi Məktəbinin işçiləri etiraz edərək yeni direktoru qovublar

Göyçay Uşaq Musiqi Məktəbinin işçiləri etiraz edərək yeni direktoru qovublar

Tarix: 1 Sentyabr 2022 10:44

Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimə kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni təyinata qarşı etiraz edib.

İşçilər APA-ya bildiriblər ki, yeni təyin olunan direktor Günay Hacıyeva Şəki Musiqi Kollecini bitirib, onun idarəetmə bacarığı aşağı səviyyədədir. Göyçay Uşaq Musiqi Məktəbində uzun illər fəaliyyət göstərən ali təhsilli musiqi müəllimləri çalışır, onların kifayət qədər idarəetmə bacarığı var. Etirazçı müəllimlər çalışdıqları məktəbə direktorun öz kollektivi içərisindən ali təhsilli bir nəfərin seçilərək təyin olunmasını istəyirlər.

Qeyd edək ki, bu gün səhər saat 8:30 radələrində Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.

Milli.Az


Etiketlər:  Göyçay Uşaq Musiqi Məktəbinin işçiləri etiraz edərək yeni direktoru qovublar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ