Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 17:50
Kremlin sözçüsü Dmitri Peskovun qızı Liza bank kartları ilə bağlı fırıldaqçıların hiyləsinə tuş gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Peskovun özü danışıb.
"Bu insanlar inandırmağı bilirlər. Bu da istedaddır. Ancaq yaxşı məqsəd üçün deyil, cinayət üçün istifadə olunan bacarıqdır. Onlar, təəssüf ki, bu istedadın sahibidirlər. Qızım keçən il onların tələsinə düşdü", - deyə Peskov vurğulayıb.