Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşağa sataşanı linç etdilər - VİDEO

Uşağa sataşanı linç etdilər - VİDEO

Tarix: 1 Sentyabr 2022 20:46

Türkiyənin Şanlıurfa şəhərində yerli sakinlər küçədə qız uşağına sataşan şübhəlini linç etmək istəyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Süleymaniyyə rayonunda baş verib. Naməlum şəxs küçədə oynayan 11 yaşlı qıza 5 lirə verərək sataşmağa cəhd edib. Bu zaman uşaq qışqırıb və onun səsini məhəllə sakinləri eşidib.

Yerli sakinlər qaçmağa cəhd edən şübhəlini yaxalayaraq təpik və şillə ilə döyüblər.

Hadisə yerinə gələn polis qrupları şübhəli şəxsi izdihamın arasından çıxarıb və o, nəzarətə götürülüb. Uşaq və ailəsi də ifadə vermələri üçün polis idarəsinə aparılıb.

Baş verənlər sakinlər tərəfindən mobil telefonla lentə alınıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.


Etiketlər:  Uşağa sataşanı linç etdilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ