Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 19 milyon dollar və ya 15 faiz artıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 19 milyon dollar və ya 15 faiz  artıb

Tarix: 27 Sentyabr 2019 17:33

Bakı. İlhamə İsabalayeva - Trend:

2018-ci ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac 19 milyon ABŞ dolları və ya 15 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin sentyabr sayında qeyd edilib.

2019-cu ilin 8 ayı ərzində meyvə-tərəvəz ixracı 361,7 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 136,8 milyon, pambıq lifi ixracı 86,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 81,3 milyon, kimya sənayesi məhsullarının ixracı 68,5 milyon, elektrik enerjisinin ixracı 58,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 41,4 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 18,9 milyon, pambıq ipliyi ixracı 20,2 milyon, şəkər ixracı 20,1 milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2 dəfə, kimya sənayesi məhsullarının ixracı 68,7 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 51,3 faiz, pambıq lifinin ixracı 49,4 faiz, pambıq ipliyinin ixracı 40,3 faiz, şəkər ixracı 15,5 faiz, meyvə-tərəvəzin ixracı 14,5 faiz artıb.

2019-cu ilin avqust ayında isə qeyri-neft sektoru üzrə ixrac 144,4 milyon ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac 19 milyon ABŞ dolları və ya 15 faiz artıb. Bu ilin avqust ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (31,2 milyon ABŞ dolları), Türkiyəyə (27,4 milyon ABŞ dolları), İsveçrəyə (23,2 milyon ABŞ dolları), Gürcüstana (10,3 milyon ABŞ dolları) və Çinə (6,4 milyon ABŞ dolları) ixrac edilib.

2019-cu ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 22,7 milyon ABŞ dolları) birinci, emal olunmamış aşqarlanmamış alüminium (11,6 milyon ABŞ dolları) ikinci, metanol (9,6 milyon ABŞ dolları) üçüncü olub.

“İxrac İcmalı”nın sentyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, "Baku Steel Company", “Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "Caspian enerji-2020" MMC, "P-Aqro" MMC..

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın qeyri neft sektoru üzrə ixracı milyon dollar faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ