Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Daha bir İtaliya şirkəti Şuşada yeni məscidin layihəsini icra edəcək

Prezident: Daha bir İtaliya şirkəti Şuşada yeni məscidin layihəsini icra edəcək

Tarix: 3 Sentyabr 2022 14:18

Daha bir İtaliya şirkəti bizim xahişimizlə Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Daha bir İtaliya şirkəti bizim xahişimizlə Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Beləliklə, bu, bizim münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərir. Çünki Şuşa hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Şuşada tikiləcək yeni məscidin layihəsi İtaliya şirkətinə həvalə olunub. Bu, o deməkdir ki, bizim aramızda çox yüksək dərəcədə etimad var və bu addımı atmışıq. Bizim böyük planlarımız da var. Məsələn, bərpaolunan - külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlarımız var. Dünən Baş nazirlə görüşüm zamanı biz İtaliya şirkətlərinin Azərbaycan tərəfindən maliyyələşdirilən və Azərbaycanda İtaliya şirkətlərinin icra etdiyi müqavilələrin dəyərini nəzərdən keçirdik. Həmin müqavilələrin dəyəri on milyard dollardan çoxdur. Beləliklə, İtaliya Azərbaycanda yaxşı təmsil olunub. Lakin əminəm ki, işğaldan azad olunan bölgələrdə Türkiyədən sonra öz ikinciliyini bütün yenidənqurma prosesi zamanı qoruyub saxlayacaq".


Etiketlər:  Prezident Daha İtaliya şirkəti Şuşada yeni məscidin layihəsini icra edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ