Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 23:48
Təqaüd yaşlı insanların rasionuna xardal (qorçiça) əlavə etmək lazımdır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bunu herontoloq həkim, endokrinoloq Yekaterina İvannikova bildirib.
"Yaşlılarda iştah kəsilməsi onlarda malnutrisiya sindromu, qida əskikliyi yaradır. Onların yadına bəzən yemək düşmür. Bu da əzələ və sümük kütləsinin azalması, beyində pozulmalara səbəb olur.
Nəticədə tez xəstələnirlər. Ona görə də yaşlılarda iştahı artırmaq üçün xardaldan istifadə etmək lazımdır. Xardaldan bir qədər çörəyə çəkib və ya ətə əlavə edib vernək olar".