Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KİV: ABŞ-dan sonra Avropa İttifaqı da Rusiyadakı səfirini dəyişib

KİV: ABŞ-dan sonra Avropa İttifaqı da Rusiyadakı səfirini dəyişib

Tarix: 4 Sentyabr 2022 22:38

Avropa İttifaqı Rusiyadakı diplomatik missiyasının rəhbərini, bu vəzifəni icra edən alman diplomat Markus Edereri əvəz edib və diplomat artıq ölkəni tərk edib.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.

Qeyd olunub ki, Markus Ederer Rusiyanı tərk edib və yaxın gələcəkdə bu vəzifəni Fransanın Malayziyadakı keçmiş səfiri Roland Qalyaraq tutacaq. Bu rotasiyanın planlı olduğu vurğulanır.

Ederer 2017-ci ilin oktyabrından Aİ-nin Rusiyadakı missiyasına rəhbərlik edib. O, həmçinin Normandiya formatında (Almaniya, Fransa, Ukrayna, Rusiya) Ukrayna böhranı üzrə dördtərəfli danışıqların hazırlanmasına töhfə verib və Minsk razılaşmaları əsasında Ukraynanın cənub-şərqindəki vəziyyətin nizamlanmasının tərəfdarı olub.


Etiketlər:  KİV ABŞ sonra Avropa İttifaqı Rusiyadakı səfirini dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ