Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 07:42
Türkiyə Super Liqasında baş tutan "Ankaragücü" - "Beşiktaş" oyununda qalmaqal yaşanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Ankaragücü tribunalarından meydana daxil olan azarkeş "Beşiktaş"ın futbolçusu Cenk Tosunu təpiklə vurub.
Zərbədən sonra hücum edən şəxsə Josef de Souza müdaxilə edib.
İki komandanın azarkeşləri arasında illərdir davam edən gərginlik səbəbindən beşiktaşlı azarkeşlər səfər matçına aparılmayıb.
Matç boyunca "Beşiktaş" futbolçularının üzərinə yad cisimlər atılıb.
Oyundan sonra baş hakim Mete Kalkavan meydançaya daxil olan azarkeşə müdaxilə etdiyi üçün Josef de Souzaya qırmızı vərəqə göstərib.
Matç 3:2 hesabı ilə "Beşiktaş komandasının xeyrinə başa çatıb.