Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda kredit faizləri regionlardan iki dəfə yüksəkdir - VİDEO

Bakıda kredit faizləri regionlardan iki dəfə yüksəkdir - VİDEO

Tarix: 5 Sentyabr 2022 20:38

"Bakıdan fərqli olaraq regionlarda kreditlər daha yüksək fazilə təklif edilir".

Milli.Az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Mərkəzi Bankın qiymətləndirmələrinə görə, kredit faizləri üzrə ən aşağı göstərici Bakıda və Naxçıvanda qeydə alınıb. Bu göstərici paytaxtda 10.68, Naxçıvanda isə 13.04 faizdir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,millət vəkili deyib ki, orta faiz hesablanan zaman bura yalnız istehlak kreditləri deyil, eyni zamanda, bütün növ biznes borclanması da daxildir.

Vüqar Bayramov hesab edir ki, regionlarda yaşayan sahibkarlar və vətəndaşlar daha yüksək fazilərlə kredit götürmək məcburiyyətində qalırlar. Bu isə  daha çox borclanmaya səbəb olur.

Millət vəkilinin sözlərinə görə, regionlarda sərmayə qoyluşunun artırılması üçün ucuz kredit alətindən daha çox istifadə olunması vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bakıda kredit faizləri regionlardan iki dəfə yüksəkdir VİDEO


RƏYLƏR