Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 21:22
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Qərbi iki yerə bölüb: ABŞ, Böyük Britaniya, Polşa və Baltik ölkələri Rusiyaya qarşı sərt siyasətin davamını istəyərkən, Almaniya, Fransa, Macarıstan, Çexiya, Yunanıstan və İtaliya kimi dövlətlər müharibənin istənilən şəkildə bitməsini və Moskva ilə əlaqələri bərpa etməyi arzulayırlar.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
"Bu ölkələri çətin keçəcək qış qorxudur, Rusiya qazına ümidlərini üzməyiblər. İşğalçı Rusiyanın da ümidi Avropadakı keçmiş dostlarınadır. Ukrayna isə yalnız ordusuna və həqiqi dostlarına ümid etmək məcburiyyətindədir", - politoloq qeyd edib.