Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - FOTO

Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - FOTO

Tarix: 6 Sentyabr 2022 14:33

Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

Tərəflər birgə hərbi təlimlərdə texnoloji innovasiyalardan istifadə edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Milli.Az


Etiketlər:  Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ