Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 23:02
Türkiyə Silahlı Qüvvələri terror təşkilatı PKK-ya qarşı "Eren" əməliyyatları çərçivəsində ilin əvvəlindən 82 terrorçunu zərərsizləşdirib.
Bu barədə qardaş ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Eren" əməliyyatları PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə sığındıqları hesab edilən terrorçuları zərərsizləşdirmək məqsədi ilə başlayıb.
Eyni zamanda, terrorçulara məxsus 720 mağara, sığınacaq və anbar məhv edilib.
Eləcə də 144 mina və əl istehsalı partlayıcı, 275 uzunlüləli silah, 548 əl qumbarası, 62 min 141 sursat ələ keçirilib.
Ağrı vilayətinin Doğubəyazid rayonundakı Tendürək dağı terrorçulardan tamamilə təmizlənib.