Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sükan arxasına itini otuzdurdu, tutuldu - VİDEO

Sükan arxasına itini otuzdurdu, tutuldu - VİDEO

Tarix: 8 Sentyabr 2022 19:20

İsraildə itinə maşın sürməyə öyrədən sürücü saxlanılıb.

Sonxeber.net bildirir ki, bu barədə "Y Net News" məlumat yayıb.

Kişi qucağında oturan və hərəkətdə olan avtomobilin sükanından tutan iti videoya çəkib. Onun sosial şəbəkələrdə yaydığı görüntülər yol polisinin diqqətini çəkib.

Onlar müəyyən ediblər ki, Yerusəlimin qərbində yerləşən Eyn Nakkuba ərəb kəndinin 35 yaşlı sakini iti sükan arxasına oturdub. Həmin şəxs dindirilməyə çağırılıb və onu ehtiyatsızlıqdan idarə etməkdə ittiham ediblər.

Polis sürücünün öz hərəkəti ilə digər hərəkət iştirakçılarını təhlükəyə atdığını bildirib. Bundan əlavə, onun avtomobili texniki baxışdan keçirmədən idarə etdiyi məlum olub.

İrfan Vəliyev


Etiketlər:  Sükan arxasına itini otuzdurdu tutuldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ