Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 04:32
ABŞ-ın Atlanta ştatından olan televiziya prodüseri Ceki de la Rosa qaş boyasına güclü allergik reaksiya verdiyi üçün xəstəxanaya yerləşdirilib.
Sonxeber.net bildirir ki, müvafiq məlumatı "Daily Mail" yayıb.
Qız xarici görünüşünü yaxşılaşdırmaq üçün tanış bir gözəllik salonuna getdiyini, lakin sonradan ciddi sağlamlıq problemləri ilə üzləşdiyini söyləyib. "Adətən qaş korreksiyası etdiyim salona baş çəkdim. Mənə yeni bir proseduru - "mikrobleydinq"i sınamağı təklif etdilər və mən razılaşdım", - amerikalı deyib və əlavə edib ki, kosmetoloq onun allergiya testini etməyib.
Belə ki, müştəri evə qayıdanda alnında qaşınma və yanma hiss edib, sonra isə göz qapaqlarının şişməsi səbəbindən müvəqqəti olaraq görmə qabiliyyətini itirib. De la Rosanın sözlərinə görə, sevgilisi onu tibb müəssisəsinə aparıb, həkimlər xəstənin gözəllik ustasının iş zamanı istifadə etdiyi boyaya allergiyası olduğunu aşkarlayıb. "Məni dərhal qəbul etdilər, çünki görmə qabiliyyətimi itirməyimi istəmədilər. Sağalmağım iki ay çəkdi. Elə bir ağrı yaşadım ki, heç kimə arzulamayacam", - deyə qız yekunlaşdırıb.
İrfan Vəliyev