Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə minimum məbləğlər müəyyənləşib

Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə minimum məbləğlər müəyyənləşib

Tarix: 10 Sentyabr 2022 10:08

Dövlət Turizm Agentliyinin Kollegiyası "Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələblər"i təsdiqləyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu tələblər turoperator və turagentlər tərəfindən sığortaçı ilə bağlanan mülki məsuliyyətin sığortası müqaviləsi üzrə sığorta məbləğinə dair minimum tələbləri müəyyən edir.

Sığorta məbləği turoperator və turagentlərin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyekti olmasından asılı olaraq, aşağıda göstərilən miqdardan az olmayaraq müəyyən edilməlidir:

- mikro sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün - 50 min manat;

- kiçik sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün - 100 min manat;

- orta sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün - 200 min manat;

- iri sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün - 500 min manat.

Qeyd edək ki, "Turizm haqqında" qanunun 8.1-ci maddəsinə əsasən, turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalıdır. Müqavilənin digər şərtləri Mülki Məcəllə ilə tənzimlənir və müqavilədəki bütün qeyri-müəyyənliklər istehlakçıların xeyrinə şərh edilir.

Müəyyən edilmiş sığorta məbləğləri yalnız qeyd olunan müqavilə şərtlərinin pozulmasına görə bağlanılan mülki məsuliyyətin sığortası müqaviləsi üçün nəzərdə tutulur. Həmin sığorta müqaviləsində turoperator və turagent fəaliyyətinin göstərilməsi ilə əlaqədar sahibkarlıq subyektləri ilə bağlanan digər növ mülki-hüquqi müqavilələrdən irəli gələn risklər sığortalandıqda, həmin risklər üzrə sığorta təminatı bu Tələblərdə müəyyən edilmiş sığorta məbləğlərinə daxil edilmir.


Etiketlər:  Turoperator turagentlərin mülki məsuliyyətinin sığortası üzrə minimum məbləğlər müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ