Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada kilsələrə gələnlərə adyal veriləcək

Almaniyada kilsələrə gələnlərə adyal veriləcək

Tarix: 11 Sentyabr 2022 13:02

Almaniyada bir neçə kilsənin rəhbərləri baha istilik xərclərini azaltmaq üçün tədbirlər hazırlayıblar.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Söhbət Hessen və Reynland-Pfalts federal əyalətlərindəki kilsələrdən gedir. İsti havalarda onların rəhbərliyi açıq havada xidmətlərin keçirilməsini, bəzən isə xidmətlərin onlayn keçirilməsini təklif edir. Bundan əlavə, kilsəyə dua etmək üçün gələnlərə adyal veriləcək.

Qeyd edək ki, sentyabrın 1-də Almaniyada enerjiyə qənaətlə bağlı federal hökumətin qərarı qüvvəyə minib. Qərara əsasən pərakəndə satışın həyata keçirildiyi obyektlərdə qapı və pəncərələr bağlı qalmalı, həmçinin saat 22:00-dan 6:00-a qədər vitrinlərin işıqları söndürülməlidir.


Etiketlər:  Almaniyada kilsələrə gələnlərə adyal veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ