Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2022 22:24
Ağcabədi rayon sakinləri Şəkidə yol qəzasına düşüblər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Baş Zəyzid kəndi ərazisində baş verib.
Ağcabədi rayon sakini Ziyad Əliyev idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb. Qəza zamanı sürücü Z.Əliyev xəsarət almasa da, onun sərnişini - 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Pənah Əfqan oğlu Alıyev aldığı xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.