Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynanı viran qoymaq istəyir: yeni "Qisas əməliyyatı" başlandı - FOTO

Rusiya Ukraynanı viran qoymaq istəyir: yeni

Tarix: 11 Sentyabr 2022 23:10

Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra vilayətlərindəki kritik və çox önəmli infrastruktur obyektlərinə qanadlı raketlərlə zərbələr endiriblər.

Milli.Az bildirir ki, "Qisas əməliyyatı" adlandırılan bu zərbələr seriyasında bir neçə istilik-elektrik stansiyası, dəmiryol vağzalı, nəqliyyat qovşağı və s. vurulub.

Dnepropetrovsk, Kremençuq, Poltava, Sumı və Xarkov vilayətlərində ən böyük istilik-elektrik stansiyalarına raket zərbələri endirilib.

Partlayışlar Xarkovdakı ən böyük İES sayılan İES-5-də səngimir.

Rusiyanın "Kalibr" və X-101 tipli qanadlı raketlərdən istifadə etdiyi vurğulanır.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Baş Komandanlığının verdiyi məlumata görə, 9 raket səmada vurulub.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynanı viran qoymaq istəyir yeni Qisas əməliyyatı başlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ