Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Simeone Ramosdan şikayət etdi – təhqirə görə

Simeone Ramosdan şikayət etdi – təhqirə görə

Tarix: 29 Sentyabr 2019 08:48

“Atletiko”nun baş məqçisi Dieqo Simeone dünən “Real”a qarşı keçirilən La Liqanın 7-ci turunun matçının (0:0) fasiləsi zamanı görüşün baş hakimi Xose Luis Qonsalesə etirazını bildirib.

Qol.az-ın AS nəşrinə istinadən yaydığı xəbərə görə, Simeonenin narazılığına “Real”ın kapitanı Serxio Ramosun hakimin köməkçisini təhqir etdiyi halda onu cəzalandırılmaması səbəb olub. “Atletiko”dakı mənbə Ramosun hakimi “fahişə oğlu” adlandırdığını iddia edib.

Matçdan sonra keçirilən mətbuat konfransında Simeone deyib: “Meydanda baş verənlər orada qalır. Hakimin köməkçisi isə Ramosun ona nə dediyini yaxşı bilir”.

 


Etiketlər:  Simeone Ramosdan şikayət etdi təhqirə görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ