Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidəki İNANILMAZ FACİƏNİN TƏFƏRRÜATI - VİDEO

Şəkidəki İNANILMAZ FACİƏNİN TƏFƏRRÜATI - VİDEO

Tarix: 13 Sentyabr 2022 12:54

Qarğıdalı dənələri nişanlı gəncin ölümünə səbəb oldu. 28 yaşlı  Vüqar Mustafayev qarğıdalı yeyərkən dənələr onun nəfəs borusunda qalıb. Hadisə Şəkidə yaşanıb.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Şəki rayonunun Baş Zəyzid kənd sakini olan Vüqar nişanlı idi, bu yaxınlarda toy edəcəkdi. Qohumlarının sözlərinə görə, evdə oturub televizora baxan zaman onun halı qəfil pisləşib. Yaxınlıqda yaşayan dayısını köməyə çağırıblar. 

Bu hal baş verəndən sonra yaxınları aidiyyəti üzrə müraciət edib.  

Vüqar Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.  

Xəstəxanadan bildirilib ki, müayinə zamanı onun boğazında qarğıdalı dənələri qaldığı məlum olub. Göstərilən yardımlara baxmayaraq,  onda bioloji ölüm faktı qeydə alınıb. Xəstənin ölməsi mexaniki asfeksiya, kəskin tənəffüz çatışmamazlığı, ağ ciyər ödemi diaqnozundan baş verdiyini bildirilir.


Etiketlər:  Şəkidəki İNANILMAZ FACİƏNİN TƏFƏRRÜATI VİDEO


RƏYLƏR