Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toy etmək istəyənlərin nəzərinə - Menyuların qiyməti... - VİDEO

Toy etmək istəyənlərin nəzərinə - Menyuların qiyməti... - VİDEO

Tarix: 13 Sentyabr 2022 19:56

Şadlıq saraylarına sifarişlərin sayında azalma, qiymətində isə artım müşahidə olunur.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, restoran inzibatçıları deyib ki, hazırda qiymətlərdə çox az artım var. Lakin yeni sezonda meynuların qiymətində yenidən artım gözlənilir. Onlar buna səbəb kimi isə ərzaq məhsullarının qiymətini göstərirlər.

Restoranlar arasında köhnə qiymətlə fəaliyyət göstərənlər də var. Lakin onlar hesab edir ki, bahalaşma  davam edərsə menyu qiymətlərini dəyişəcəklər.

Apardığımız araşdırma zamanı məlum oldu ki, 30-35 manata  təklif  edilən menyular indi 40  manatdan başlayır. İnzibatçılar qeyd edib ki, qiymət artımı ilə yanaşı cəmiyyətdə yaranan qapanma qorxusu da  sifariş sayına təsir  edib.

Qeyd edək ki, iqtisadi və sosial inkişaf mərkəzindən bildirilib ki, avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 74 faiz azalıb. Yeni mövsüm üçün təklif edilən menyulara əsasən isə qiymətlərdə 9-11 faiz artım var. Sentyabrın sonuna doğru isə daha da yüksək qiymət artımları gözlənilir.

Milli.Az


Etiketlər:  etmək istəyənlərin nəzərinə Menyuların qiyməti VİDEO


RƏYLƏR