Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2022 21:45
Azərbaycan sülh gündəliyini dəstəkləyir.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev bildirib ki, bu gərginlik Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində baş verib və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Dövlət başçısı Azərbaycanın sülh gündəliyini dəstəklədiyini və bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini bildirib.