Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2022 06:03
Son sərhəd toqquşmasında Ermənistan silahlı qüvvələrinin itkiləri haqda rəsmi açıqlama hələ də verilməyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, erməni jurnalistlər bu sualla Göyçə vilayətinin qubernatoru Karen Sərkisyana müraciət edib.
"Ölənlərlə bağlı məlumatı deyə bilmərəm, onu Müdafiə Nazirliyindən soruşun. Yaralıların sayı isə 80 civarındadır", - o bildirib.
Qeyd edək ki, erməni teleqram kanalları Ermənistan ordusunun son sərhəd toqquşmasında itkilərinin sayının 400-ə çatdığı haqda qeyri-rəsmi mənbələrə istinadla məlumat yayıb.