Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid gizir Azad Kərimovun nəşi ailəsinə təhvil verilib

Şəhid gizir Azad Kərimovun nəşi ailəsinə təhvil verilib

Tarix: 14 Sentyabr 2022 08:00

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Kəlbəcərdə şəhid olan Azad Zakir oğlu Kərimovun nəşi ailəsinə təhvil verilib.

Sonxeber.net "report"a istinadən bildirir ki, Azad Kərimovun nəşi Qazax rayon Daş Salahlı kəndinə gətirilib.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü A.Kərimov ailəli olub. Onun 1 və 3 yaşında iki oğlu əmanət qalıb.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.


Etiketlər:  Şəhid gizir Azad Kərimovun nəşi ailəsinə təhvil verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ