Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Cavidan Bədəlov İsmayıllıda torpağa tapşırılıb

Şəhid Cavidan Bədəlov İsmayıllıda torpağa tapşırılıb

Tarix: 14 Sentyabr 2022 12:30

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Bədəlov Cavidan Zaur oğlu İsmayıllıda dəfn edilib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, şəhid doğulub boya-başa çatdığı rayonunun Talıstan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində C.Bədəlovun ailə üzvləri, yaxınları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. C.Bədəlov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.


Etiketlər:  Şəhid Cavidan Bədəlov İsmayıllıda torpağa tapşırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ