Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sui-qəsddən xilas olmuşdu, yenə təhdid edilir

Sui-qəsddən xilas olmuşdu, yenə təhdid edilir

Tarix: 14 Sentyabr 2022 14:58

Argentinanın vitse-prezidenti Kristina Kirşner sui-qəsd cəhdindən sonra yeni ölüm təhdidləri alıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, iddialara görə, hadisədən az qala dərhal sonra naməlum qadın La Plata şəhərinin təcili xidmətlərinə zəng edərək Kirşneri öldürmək planlarından danışıb. Bu məlumatı təhlükəsizlik naziri Anibal Fernandes təsdiqləyib.

Hazırda vitse-prezidentin müdafiəsi gücləndirilib.

Qeyd edək ki, sentyabrın 1-də silahlı şəxs Kirşneri öldürməyə cəhd edib. Hücum edən şəxs və onun iki şəriki polis tərəfindən saxlanılıb. Siyasətçinin özü isə xəsarət almayıb. Hadisə Kirşnerin Buenos-Ayresdəki evinin qarşısında tərəfdarları ilə görüşərkən baş verib. Həmin şəxs silahı vitse-prezidentin üzünə doğrultsa da, atəş açmayıb.


Etiketlər:  qəsddən xilas olmuşdu yenə təhdid edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ