Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arvadına mesaj yazan kişini döydürdü

Arvadına mesaj yazan kişini döydürdü

Tarix: 15 Sentyabr 2022 01:24

Türkiyənin İstanbul şəhərində bir kişi on nəfərlik qrup tərəfindən döyülüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Esenyurt adlanan ərazisində baş verib.

Belə ki, ər arvadının telefonuna tanımadığı kişi tərəfindən mesaj atıldığını öyrənib. Daha sonra arvadının telefonu ilə həmin kişini görüşə çağırıb.

Ər görüşə digər qohumlar ilə daha tez çağırıb. Onlar gözlədikləri şəxsin kafenin önünə yaxınlaşdıqlarını görüblər. Dərhal küçəyə çıxaraq, kafenin önündəcə onu o ki var döyüblər. Bir nəfər isə hadisə anını telefonla çəkərək, "Namus məsələsidir, kimsə qarışmasın" deyib.

Qohumlar qadına mesaj yazan həmin kişini xeyli döydükdən sonra buraxıblar. O da sürətlə hadisə yerindən qaçıb.

Milli.Az


Etiketlər:  Arvadına mesaj yazan kişini döydürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ