Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın Tacikistandakı keçmiş səfiri Azərbaycan haqqında həqarətli fikirlər səsləndirib

İranın Tacikistandakı keçmiş səfiri Azərbaycan haqqında həqarətli fikirlər səsləndirib

Tarix: 15 Sentyabr 2022 11:15

Bu haqda video sosial şəbəkələrdə yayılıb. "Klub Haus"da çıxış edən diplomat və İran parlamentinin Təbrizdən olan millət vəkili Əliəsğər Şeirdust bildirib ki, İran rəsmiləri Azərbaycanda İran haqqında səslənən fikirlərə baş qoşmamalıdır:

"Onlara üz vermək lazım deyil. Cənubi Azərbaycan deyə bir şey yoxdur. Mən bunu vaxtilə Azərbaycanda televiziya kanallarında da demişəm.

İllər öncə onların böyük şəxsiyyətlərindən biri bizə qonaq gəlmişdi. O gedəndən sonra gördüm ki, anam su borusunu əlinə alıb xalçaları, evi yuyur. Dedim ki, niyə belə eləyirsən. Anam cavab verdi ki, onlar murdardır (daha təhqiramiz ifadə işlədir) ona görə də evi təmizləyirəm.

Bizim onlara baxışımız belə olub. Azərbaycan kimdir ki, İrana qarşı torpaq iddiası etsin!?"

Diplomat habelə Güney Azərbaycanın müstəqilliyi ilə bağlı səslənən fikirləri zarafat kimi qəbul etməyin lazım olduğunu deyib.


Etiketlər:  İranın Tacikistandakı keçmiş səfiri Azərbaycan haqqında həqarətli fikirlər səsləndirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ