Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 07:12
Dünyada COVID-19-dan ölənlərin sayı 6,5 milyonu, yoluxanların sayı isə 608 milyonu ötüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu, sentyabrın 16-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi məlumatında qeyd olunub.
Hesabatda qeyd olunur ki, pandemiyanın başlanğıcından bəri COVID-19-dan 6,5 milyondan çox ölüm qeydə alınıb. Eyni zamanda, koronavirusa yoluxanların sayı 608 milyon nəfəri keçib.
ÜST öz statistik məlumatlarında yalnız yoluxmuş və ölənlər haqqında dövlətlər tərəfindən verilən rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ən çox yoluxma ABŞ-da qeydə alınıb - 94 237 260.
Hindistan (44 522 777), Braziliya (34 558 992), Fransa (33 796 693) və Almaniya (32 643 742) sonrakı yerlərdə qərarlaşıb.
Ölənlərin sayına görə ardıcıl olaraq ABŞ (1,041,323), Braziliya (685,121), Hindistan (528,273) qeydə alınıb.