Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukraynada azı 5 il atəşkəsə nail olmaq lazımdır''

''Ukraynada azı 5 il atəşkəsə nail olmaq lazımdır''

Tarix: 17 Sentyabr 2022 08:10

"Ukraynada azı 5 il atəşkəsə nail olmaq lazımdır, bu məqsədlə Hindistanın Baş naziri, Roma Papası Fransisk və BMT-nin Baş katibi Antoniu Quterreşin vasitəçi kimi daxil olacağı dialoq və sülh komitəsi yaradılmalıdır".

Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Meksika Prezidenti Andres Manuel Lopez Obrador deyib.

Onun sözlərinə görə, söhbət Ukraynada müharibənin qarşısını almaq üçün təcili razılaşmaların axtarışından gedir.

"Sülhməramlı missiya Ukraynada düşmənçiliyə dərhal son qoymağa, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında birbaşa danışıqlara başlamağa yönəlməlidir", - Obrador bildirib.

Prezident qeyd edib ki, xarici işlər naziri Marselo Ebrard BMT-yə Ukraynadakı vəziyyətin həlli yollarını tapmaq üçün təşəbbüs təqdim edəcək.

O hesab edir ki, təşkilatın özü aparıcı dövlətlərin liderləri ilə yanaşı, Ukraynadakı mövcud vəziyyətə görə məsuliyyət daşıyır.


Etiketlər:  Ukraynada azı atəşkəsə nail olmaq lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ