Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünən vəfat edən XTQ hərbçisi Goranboyda dəfn edildi - YENİLƏNİB - FOTO

Dünən vəfat edən XTQ hərbçisi Goranboyda dəfn edildi - YENİLƏNİB - FOTO

Tarix: 18 Sentyabr 2022 10:42

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında yaralanan Azərbaycan Ordusunun hərbiçisi gizir Qurbanov Yusif Asif oğlu hospitalda vəfat edib. Şəhidimiz Goranboyda dəfn edilib.

Şəhidin yaşadığı Şəfəq kəndində vida mərasimi keçirilib.

Daha sonra şəhid Yusif Qurbanov kənd qəbiristanlığında torpağa tapşırılıb. Mərasim iştirakçıları şəhidimizi "Qarabağ Azərbaycandır", "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirərək, son mənzilə yola salıblar. Dəfn mərasimində şəhidin yaxınları, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, kənd sakinləri, onun müəllimləri, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını icra başçısı Məhərrəm Quliyev tərəfindən şəhidin atasına təqdim edib.

Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb. Qurbanov Yusif 44 günlük vətən müharibəsində iştirak edib. Həmin döyüşlərdə bir neçə dəfə yaralanıb. Şəhidimiz nişanlı olub. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

----------

17.09.2022
22:35

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin.

Qeyd edək ki, kiçik gizir Qurbanov Yusif Xüsusi Təyinatlı Qüvvələrə mənsub idi.

Milli.Az


Etiketlər:  Dünən vəfat edən XTQ hərbçisi Goranboyda dəfn edildi YENİLƏNİB FOTO


RƏYLƏR