Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2022 12:08
Serbiyanın paytaxtı Belqradda gey-paradın iştirakçıları ilə tədbirin keçirilməsinə etiraz edən serblər arasında toqquşma baş verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, toqquşmalar qısa müddət ərzində iğtişaşlara çevrilib.
Hadisəyə hüquq-mühafizə orqanlarının əməkdaşlarına müdaxilə etməli olub.
İğtişaşlar nəticəsində maşınlara, iaşə obyektlərinə, reklam lövhələrinə zərər dəyib.
Çoxlu sayda saxlanılanların olduğu bildirilir.
Qeyd edək ki, Serbiya hökuməti iğtişaşların olacağından ehtiyat edərək bir neçə gün əvvəl bəyanatla çıxış edərək gey-paradın keçirilməsini qadağan edib.