Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sahibə Qafarova Kraliçanın vida mərasimində iştirak etdi - FOTO

Sahibə Qafarova Kraliçanın vida mərasimində iştirak etdi - FOTO

Tarix: 19 Sentyabr 2022 19:09

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kraliçası Ülyahəzrət II Elizabetin vida mərasimində iştirak etmək üçün bu ölkənin paytaxtı Londonda səfərdədir.

Milli Məclisdən verilən xəbərə görə, səfər çərçivəsində parlamentin sədri Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzın adından təşkil olunan rəsmi qəbulda iştirak edib.

Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Kraliça Ülyahəzrət II Elizabetin Vestminster Abbatlığında keçirilən vida mərasiminə qatılıb. Vida mərasimində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, parlament təmsilçiləri, görkəmli siyasi liderlər, ictimai xadimlər və Kral ailəsinin üzvləri iştirak ediblər.

Vida mərasimindən sonra Kraliçanın cənazəsi Vellinqton Tağına daşınacaq daha sonra isə Vindzord şəhərinə aparılacaq Kraliça II Elizabet, əri Şahzadə Filipin yanında torpağa tapşırılacaq.

Milli.Az


Etiketlər:  Sahibə Qafarova Kraliçanın vida mərasimində iştirak etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ