Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2022 16:45
Ötən günlərdə içkili halda aktrisa Nilperi Şahinkayanı təhqir edən aktyor Burak Deniz məsələ ilə bağlı açıqlama verib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sosial şəbəkə hesabından paylaşım edən Burak etdiyi əməldən peşman olduğunu bildirərək üzr istəyib.
"Zarafat etmək istəyərkən dozanı qaçırdım. Onlara zəng etdim, ancaq əlaqə saxlaya bilmədim. Nilperi və dostlarından üzr istəyirəm", - deyə, Deniz qeyd edib.
Xatırladaq ki, hadisə Adanada oteldə baş verib. Belə ki, içkili olan Burak masada sevgilisi Emre Yusufi ilə əyləşən Şahinkayanı narahat edib. Bundan sonra cütlük məkanı tərk etmək istəyib. Bu zaman B. Deniz Nilperini təhqir edib. Aktrisanın sevgilisi buna görə Denizə hücum edib. Davanı ətrafdakılar ayırıb. Sözügedən mübahisədən sonra Nilperi Burakı məhkəməyə verib.