Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2022 11:52
İranda davam edən ümumxalq etiraz aksiyalarında polisin açdığı atəş nəticəsində ümumilikdə 10 nəfər öldürülüb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə yerli kürd hüquq müdafiə şəbəkəsi məlumat yayıb.
Eyni zamanda qeyd olunub ki, Güney Azərbaycanın Urmiya şəhərində 1-i yeniyetmə olmaqla 3 nəfər qətlə yetirilib.
Xatırladaq ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin onlarla 24 ostan və şəhərində nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.