Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Yunayted"in qapıçısı millimizə qarşı oynamayacaq

Tarix: 22 Sentyabr 2022 21:34

Millətlər Liqasının C divizionunun 5-ci turunda bu gün millimizi qəbul edəcək Slovakiya yığması oyuna ciddi itki ilə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın əsas qapıçısı Martin Dubravka sıradan çıxıb. "Mançester Yunayted"in yeni transferi zədə səbəbindən heyətdən kənarlaşdırılıb. Onu "Pyast"ın (Polşa) qapıçısı Frantişek Plax əvəzləyib.

Martin Dubravka müqavilə ilə "Nyukasl"a məxsusdur. "Mançester Yunayted" sentyabrın əvvəlində onu icarəyə götürüb.

Qeyd edək ki, bu gün keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az


Etiketlər:  Mançester Yunaytedin qapıçısı millimizə qarşı oynamayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ