Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Ordusu sentyabrda 9 min kvadrat km ərazini azad edib

Ukrayna Ordusu sentyabrda 9 min kvadrat km ərazini azad edib

Tarix: 24 Sentyabr 2022 09:18

"Ukrayna hərbçiləri sentyabr ayı ərzində artıq 9 min kvadrat kilometrə yaxın ərazini Rusiya işğalçılarından azad edib. Sabitləşdirmə tədbirləri davam edir".

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib.

Onun sözlərinə görə, 400-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edilib:

"Bu nəzərəçarpacaq nəticə müvəqqəti işğal olunmuş ərazilərdəki xalqımızın bizə kömək etməsi sayəsində əldə olunub. Xahiş edirəm, bu cür yardımların daha çox olması üçün hər şeyi edin", - Prezident çağırış edib.

O, ukraynalılardan Rusiyaya saxta "referendum" keçirməyə kömək edənlərlə bağlı məlumatları xüsusi xidmət orqanlarına ötürməyi istəyib.


Etiketlər:  Ukrayna Ordusu sentyabrda kvadrat ərazini azad edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ