Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda gizlənən azərbaycanlılar etirazçıları "çirkab" adlandırdılar

İranda gizlənən azərbaycanlılar etirazçıları

Tarix: 24 Sentyabr 2022 13:24

İrana sığınan və axtarışda olan Azərbaycan vətəndaşları İranda baş verən kütləvi etiraz aksiyalarına münasibət bildirblər. Onlar iranlı narazıları çırkab adlandıraraq "İslam respublikasından dəf edildiklərini" deyiblər. 

Qum şəhərində yerləşən ideoloji mərkəzlər və SEPAH tərəfindən himayə edilən Orxan Məmmədov adlı şəxs yaydığı açıqlamada İranda etiraz aksiyaları keçirmək üçün dünyanın ən azad ölkəsi olduğunu iddia edib.

İranda kütləvi aksiyaların keçirilməsinə sevinən azərbaycanlıları sadəlövh adlandıran Məmmədov İrandakı narazıların İslama və Qurana qarşı çıxdıqları barədə ittihamlar səsləndirib. 

"Bunların dərdi İslamdır. Bunlar Allah düşmənləridirlər. Birbaşa İslama və Allaha qarşı çıxa bilmədikləri üçün İranı söyürlər", - deyə o, İran inqilabı və rejiminin daha da güclənəcəyi barədə iddialar səsləndirib.

Sosial şəbəkələrdə istifadəçiləri isə sözügedən şəxs və onun Quma sığınan dostlarının bu sayaq çıxışlarından narazılıqlarını yazıb, onların İran xalqına qarşı İran hakimiyyəti ilə işbirliyinə dözülməyəcəyini bildiriblər.

Fəallar adıçəkilən şəxs və İranda gizlənərək öz ölkələri olan Azərbaycana qarşı fəaliyyət aparan digər dostlarının uzun çəkmədən Tehran rejiminin qurbanına çevrilə biləcəkləri barədə xəbərdarlıq edib, gəldikləri ölkəyə geri qayıdaraq qanuni cəzalarını çəkib və həyatlarını xilas etməyi məsləhət görüblər.

Milli.Az


Etiketlər:  İranda gizlənən azərbaycanlılar etirazçıları çirkab adlandırdılar


RƏYLƏR