Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktrisa eks-ərini yenidən məhkəməyə verdi

Aktrisa eks-ərini yenidən məhkəməyə verdi

Tarix: 24 Sentyabr 2022 15:40

Türkiyəli aktrisa Dəniz Uğur keçmiş həyat yoldaşı Reha Muhtarla yeniden məhkəməlik olub.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, qızı Minaya şiddət gösterdiği üçün uzaqlaşdırma qərarı aldıran aktrisa Rehanın qərarı ləğv etdirməsinin ardınca yenidən qoruma tələb edib. D.Uğur "övladlarım mənimlə olmaq istəyir, onları yanımdan ayırmıram. Çəkilişdə belə yanımdadırlar" deyə, açıqlama verib.

Qeyd edək ki, cütlüyün 2 əkiz övladı var. Mina daha öncə hakimə çıxışında bunları söyləmişdi:

"Atam məni 4 ildir döyür. Ona nifrət etdiyimi düşünür, ruh halına görə mənə şiddət göstərir. Məni dişləyir, stəkanı üzərimə atır, dəmirlə ayağıma vurur. Saçımdan tutaraq məni yerə uzadır və başıma vurur. Səbəbsiz yerə təhqirlər edir".


Etiketlər:  Aktrisa ərini yenidən məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ