Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rus ordusuna zərbə - Ağır döyüşlər gedir

Rus ordusuna zərbə - Ağır döyüşlər gedir

Tarix: 24 Sentyabr 2022 19:06

"Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri gün ərzində rus ordusuna məxsus bir təyyarə, bir helikopter və 8 pilotsuz uçuş aparatını məhv edib".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Ukrayna raket qoşunları və artilleriyası rus ordusuna məxsus 4 sursat anbarını və 6 nəzarət nöqtəsini vurub.

Məlumata görə, qarşı tərəfin 3 zenit müdafiə mövqeyi, canlı qüvvə və texnikasının 20-dən çox cəmləşdiyi ərazi vurulub.

Milli.Az


Etiketlər:  Rus ordusuna zərbə Ağır döyüşlər gedir


RƏYLƏR