Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putinlə generallar arasında GƏRGİNLİK - Buna icazə vermədi

Putinlə generallar arasında GƏRGİNLİK - Buna icazə vermədi

Tarix: 24 Sentyabr 2022 23:22

Rusiya prezidenti Vladimir Putin yerdəki komandirlərin xahişlərinə baxmayaraq, rus hərbçilərinin Xersondan geri çəkilməsinə icazə verməyib və hazırda Ukraynaya qarşı müharibənin strateji planlaşdırılması ilə şəxsən məşğul olur. Bu məsələ Rusiya Federasiyasının rəhbərliyi və yüksək səviyyəli hərbçilər arasında gərginliyə səbəb olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Xersondan geri çəkilmək rus hərbçilərinə mütəşəkkil şəkildə Dnepr çayı üzərindən geri çəkilməyə, öz texnikasını qoruyub saxlamağa və əsgərlərin həyatını xilas etməyə imkan verəcək.

Lakin belə bir geri çəkilmə Rusiya rəhbərliyi üçün müharibədə növbəti alçaldıcı məğlubiyyət olardı, Ukrayna üçün isə bir ay ərzində ikinci böyük qələbəyə çevrilə bilərdi.

"The New York Times"ın mənbələrinə görə, Putin hərbçilərə bütün strateji qərarları yerdə verəcəyini açıqlayıb:

"Putin hərbi komandanlığın bəzi tövsiyələrini, o cümlədən mülki əhalinin səfərbər edilməsini qəbul etsə də, onun bəyanatı hərbçilər arasında gərginlik yaradıb".

Milli.Az


Etiketlər:  Putinlə generallar arasında GƏRGİNLİK Buna icazə vermədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ