Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KİV: ''Səfərbərlikdən sonra Rusiyanı 261 min kişi tərk edib''

KİV: ''Səfərbərlikdən sonra Rusiyanı 261 min kişi tərk edib''

Tarix: 26 Sentyabr 2022 07:56

Prezident Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyanı 261 min kişi tərk edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Novaya qazeta. Yevropa" Rusiya Prezident Administrasiyasındakı mənbəyinə istinadən xəbər verir.

Kreml daxilində hərbi yaşda olan kişilər üçün sərhədlərin bağlanması ilə bağlı müzakirələr sentyabrın 21-də Rusiyanı tərk edən kişilərin sayı ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin rəqəmləri bildirməsindən sonra başlayıb.

"Prezident Administrasiyasında elə bir atmosfer var ki, təhlükəsizlik qüvvələri və Müdafiə Nazirliyi Putini çox gec olmadan çıxışı bağlamağa inandıra biləcək", - Prezident Administrasiyasının adı çəkilməyən rəsmisi qeyd edib.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya müdafiə naziri Sergey Şoyqu qismən səfərbərlik çərçivəsində orduya 300 min nəfərin çağırılacağını bildirmişdi.


Etiketlər:  KİV Səfərbərlikdən sonra Rusiyanı kişi tərk edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ