Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2022 08:22
Rusiya nüvə silahından mümkün istifadə ilə bağlı qərar verəcəyi təqdirdə ABŞ hakimiyyətinin planı ilə üzləşəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.
Amerikanın xarici siyasət departamentinin rəhbərinin sözlərinə görə, Ağ Ev Ukrayna münaqişəsinin nüvə fazasına daxil olmayacağını gözləyir.
"Bizim planımız var... ABŞ münaqişənin böyüməsini və genişlənməsinə qarşıdır", - deyə Blinken bildirib.
Dövlət katibi Moskva ilə birbaşa qarşılıqlı əlaqənin vacibliyini də qeyd edib.
"Moskvanın bizi eşitməsi və nəticələrin dəhşətli olacağını öyrənməsi vacibdir", - deyə o əlavə edib.