Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pərəstişkarını polisə verdi

Pərəstişkarını polisə verdi

Tarix: 27 Sentyabr 2022 02:44

Məşhur müğənni Sibel Canın evinə gələrək hədiyyələr qoyan obsesif (Obsesif kompulsif pozğunluğu xəstəliyi - red) pərəstişkarı narahatlığa səbəb olub.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sonuncu dəfə ifaçının evinə paltar və qırmızı şam göndərən şübhəli şəxs israrla hədiyyələri müğənninin özünə şəxsən təslim etmək istədiyini vurğulayıb.

Yaranan gərginlik qarşısında Canın sürücüsü həmin şəxsi polisə şikayət edib.

Polis tərəfindən nəzarətə götürülən fanat sadəcə Sibel Cana heyran olduğunu və hədiyyələri də bu səbəbdən göndərdiyini, heç bir pis niyyətinin olmadığını vurğulayıb.

Sənətçi isə haqqında istintaq başladılan pərəstişkarından şikayətçi olmadığını bildirib.


Etiketlər:  Pərəstişkarını polisə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ