Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2022 14:46
"American Airlines"a məxsus təyyarə reysdə olan qadınlardan birinin isterikası səbəbindən məcburi eniş edib.
Sonxeber.net bildirir ki, bu barədə "Mirror" yazır.
Bildirilib ki, hadisə Mayamidən Los-Ancelesə uçarkən baş verib. Belə ki, hadisə şahidlərinin sözlərinə görə, sərnişinlərdən biri qəfil özünü aqressiv aparmağa başlayıb - qadın əvvəlcə stüardessaları söyüb, sonra isə yüksək səslə "Hamımız öləcəyik!", "Tövbə edin!" qışqırıb.
Davaçının yaratdığı kütləvi çaxnaşma uçuşu pozub - göyərtəsindəki iğtişaşlar səbəbindən təyyarənin kapitanı Texasın El Paso hava limanına enmək qərarına gəlib. Eniş etdikdən sonra qeyri-adekvat sərnişin polis tərəfindən saxlanılıb. Hava limanının fövqəladə hallar xidmətləri bortu yoxlayıb və uçuşu davam etdirməyə icazə verib.
İrfan Vəliyev