Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi prokuror erməni meyitlərinin verilməsindən danışıb

Hərbi prokuror erməni meyitlərinin verilməsindən danışıb

Tarix: 30 Sentyabr 2022 08:30

Ermənilərin təxribatları zamanı həlak olanların meyitlərinin ailələrə verilməsində xeyli işlər görülüb.

Sonxeber.net "report"a istinadən xəbər verir ki, bu barədə Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.

O, qeyd edib ki, Hərbi Prokurorluqda vətəndaşların müraciətlərinə diqqətlə yanaşılaraq, qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülüb: "Bunun nəticəsində 2021-ci ilin 8 ayı ilə müqayisədə 2022-ci ilin eyni dövründə təkrar müraciətlərin sayı artmamış, ümumilikdə, müraciətlərin sayı isə azalmışdır ki, bu da vətəndaş məmnunluğunun daha da artmasına dəlalət edən haldır".

"Sadalananlarla yanaşı, müvafiq qurumlarla birlikdə həm I Qarabağ müharibəsində, həm də bu ilin sentyabr ayında ermənilərin törətdikləri növbəti təxribatlarının qarşısının alınması ilə bağlı gedən döyüş əməliyyatlarında həlak olmuş şəxslərin, eləcə də Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilməklə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılmaqla II Qarabağ müharibəsində həlak olmuş şəxslərdən 2 908 şəxsin, o cümlədən, itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətinin müəyyən olunması, bununla əlaqədar zəruri tədbirlərin görülməsi, eləcə də meyitlərin ailələrə təhvil verilməsi istiqamətində də xeyli işlər görülmüşdür", - Hərbi prokuror qeyd edib.


Etiketlər:  Hərbi prokuror erməni meyitlərinin verilməsindən danışıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ